Votsapa daha bir özəllik gəlir

Bu yaxınlarda “mesajı redaktə et” funksiyasını elan edən Votsap, tezliklə “istifadəçi adı” funksiyası ilə görünəcək. Hələ beta mərhələsində olan bu funksiya haqqında bilinənlər hazırda məhduddur, lakin insanların Votsap-da bir-birini necə tapması əhəmiyyətli dərəcədə dəyişəcək.

Dunyaxeber.orgxəbər verir ki, Votsap-a gələn yeni funksiyanın ünsiyyət tərzimizdə inqilab edəcəyi düşünülür. Son beta yeniləməsində, tətbiq parametrlərində “istifadəçi adı” olaraq təyin olunan yeni bir sahə var.

Tətbiqdəki son yeniləmələri yaxından təqib edən VABetaInfo xəbərlərinə görə, hazırda inkişaf mərhələsində olan bu xüsusiyyət hesabların başqa bir məxfilik qatının ola biləcəyini göstərir.

Bir şəxsin qarşı tərəflə söhbət etməsi üçün şəxsi telefon nömrəsi əvəzinə istifadəçi adını təqdim etmək kifayət edəcək. Bu yeni seçim istifadəçilərə telefon nömrəsini paylaşmadan bizneslərlə əlaqə saxlamağa da imkan verə bilər.

Yenicə hazırlanmış bu xüsusiyyət telefon nömrənizi verməyə ehtiyac olmadan daha çox məxfilik təqdim edəcək.

Eltac/Turkustan.az