Ukraynanın Xarkov şəhərində Rusiya ordusu tərəfindən bombalanan məktəbin şagirdləri təhsil müəssisəsinin dağıntıları üzərində rəqs ediblər.
Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
Qeyd edək ki, Rusiya ordusu bu məktəbi iki dəfə – 2022-ci il martın 2-də və iyunun 2-də bombalayıb. Birinci dəfə raket binada nəhəng dəlik açıb, pəncərə və qapılar sökülüb. İkinci hücumda məktəb tamamilə dağılıb, 71 yaşlı qadın ölüb, bir kişi isə yaralanıb.