Əziz Həmvətənlər.
Demokratik və hüquqi dövlət olan Amerika Birləşmiş Ştatlarında Əhməd Obalı və oglunun xain hücuma məruz qalması bir daha göstərir ki, xalqın mövcud istibdad rejimindən azad olması bir şərt olaraq qarşımızda vəzifədir. Bu hadisə göstərir ki, “Ölməkdə olan faşıst Molla rejimi son nəfəsini alır”.
Həyatını xalqının azadlıgına, milli demokratik gələcəyinə, dilinin və mədəniyyətinin təbliginə həsr etmiş bir fədakar şəxsin terrora məruz qalması rejimin qorxularından xəbər verir.
İranın irticaçı rejimi Azərbaycan xalqının istiqlalına qarşı birlik yaratmaqdadır və Panfarsist, Paniranist “zibilləri“ eyni məqsədə xidmət edirlər. Azərbaycan xalqının istiqlala dogru yol alması, ugurla keçirilən “birlik mitinqləri” çoxlarının yuxusunu qaçırdıb, “bazarını baglayıb”, onları dərdə salıb.
Azərbaycan Demokrat Firqəsi 78 illik fəaliyyətində bu kimi xain hücumlara dəfələrlə məruz qalmış, pəhləvi rejimində oldugu kimi molla rejiminin də çürük mahiyyətinə yaxşı bələddir.
Güney Azərbaycan milli-azadlıq hərəkatının igid övladları “Azadlıq, Ədalət və Milli Hökumət” şuarı altında nə qədər sıx birləşəcəksə düşmən bir o qədər quduracaq və hücumlar edəcək. Xalqımız buna hazır olmalıdır. Ölkə daxilində oldugu kimi, mühacirət dairələrində də rejimin nökərləri çoxdur və onların ifşa olunması işi də qarşımızda bir vəzifədir.
Bu gün bütün demokratik və milli hərəkat mənsubları “Azadlıq, Ədalət və Milli Hökumət” şuarından kənara çıxan, xalqın minlərlə qurbanlar verməsi müqabilində formalaşdırdıgı “milli ideyanı” təftiş etmək, təxrib etmək bir mənalı olaraq azadlıq hərəkatına xəyanət etmək deməkdir.