Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında WWW.musanagiyev.az saytının təqdimatı keçirildi.

Mayın 19-da milyonçu-xeyriyyəçi Ağa Musa Nağıyevin İlk Xeyriyyə Cəmiyyəti üçün tikdirdiyi “İsmailiyyə”də – Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında WWW.musanagiyev.az saytının təqdimatı keçirildi.

Tədbiri  milyonçunun nəvəsi Dilarə Ağamusa açaraq, Ağa Musa Nağıyevin tikdirdiyi 98 möhtəşəm binalarından 41-də:- xəstəxanalar (4),təhsil ocaqları (3), mehmanxana (2), naziriklər və şirkətlərin fəaliyyət göstərdiyini qeyd etdi.Təsis-çisi olduğu “Milli Dəyərlərin Qorunması” İB möhürü ilə babasının binalarının üzərindəki Venzelini yaşatmaqla, sanki ona Xatirə lövhəsi yaratdığını vurğuladı .

A.M.Nağıyevin sahibkarlıq, xeyriyyəçilik və ictimai  fəaliyyətinin araşdırıcısı olaraq, 9 kitab müəllifi olan nəvə,32 ildir ki,usanmadan bu yolu getməkdə davam edir. Dilarə xanımın yazdıqlarının nəticəsidir ki, o, Tarix e.ü.f. doktoru alimlik dərəcəsinə yiyələnmiş, Azərbaycan Prezidentinin Tərəqqi medalına layiq görülüb. Saytın açılmasını uğurlarının Pik nöqtəsi sayır. Saytın  gənclərin  maarifləndirilməsində əhəmiyyətini qeyd edərək, gələcəkdə elmi əsərlərin, monoqrafiyaların yazılmasında dəyərli məlumatların əldə edilməsində istifadə olunacağına əminliyini bildirdi.

Saytı monitorda təqdim edən -“Gənclərin antinarkomaniya” İB-nin sədri, “Milli Dəyərlərin Qorunması” (MDQ) İB-nin gənclərlə iş ü. rəhbəri Billur Məmmədova bildirdi ki,: – Veb saytın “Haqqında  bölməsin”də Ağa Musa Nağıyevin  həyatı haqqında ətraflı məlumat əldə etmək mümkündür. Veb saytın əsas səhifəsi 5 bölmədən:Tarix ölməzdir,tarix təkrar olunur; Bakıda 98 bina tikən şəxsiyyət, A.M.Nağıyevin xatirəsinə yazılmış kitablar və haqqında çəkilmiş filmlərdən ibarətdir. Billur Məmmədova  milyonçu haqqında daha artıq məlumat almaq üçün “Həyat və fəaliyyəti” bölməsinə, Bakı şəhərində tikdirdiyi binalar barəsində məlumat almaq üçün “Binalar haqqında ” bölməsinə, daha geniş məlumatların almaq üçün “Digər kitablar”,“Filmlər” və “Video çarxlar (Bütün filmlər)

bölmələrinə klik etməyi məsləhət gördü.

 İştirakçılardan: -Lətifə Məmmədova – Yasamal rn. M KS-inin direktoru, Bahar Qasımova –“ARQC” İB Sədri, ailə üzvləri Elşan Ağayev Mehriban Bağırova- Bilolgiya e.ü. f.d. və Nəzakət Qafqazlı – AMEA-nın əməkdaşı, Dünyaxanım Əliyeva“Dünya ana və uşaqlar”   QHT rəhbəri,“MDQ” İB üzvlərindən:Məlahət

Dadaşova- Həkim Kosmetoloq, Emilya Cəlilova– həkim, Gülnarə Əmirquliyeva- “Carçı” jurnalı- baş redaktor, Əfsanə  Nəbiyeva – “Xalqxəbər”İnfo. Agentliyinin rəhbəri,Əfsanə  Əliyeva – Vətənim Azərbaycandır. Az .İctimai, siyasi Xəbərlər İnformasiya  Portalı – müxbir, Çeyhun Möhübbü –yazıçı, Rauf Abdullayev -vəkillər kollegiyasının üzvü çıxışlarında: Dilarə Nağıyevanın Saytın açılmasında rolundan danışaraq, Azərbaycanın müstəqilliyi bərpa olunduğu zamandan, tarix üçün etdiklərindən söz açdılar. Saytın bu günkü əhəmiyyətindən, Ağa Musa Nağıyevin Azərbaycanda və eləcə də Türkiyədə göstərdiyi xeyriyyəçiliyindən söz açdılar. Ən əsası qeyd etdilər ki, biznemen gəlir əldə etmək məqsədilə sayt açarkən, Dilarə xanımın Saytı babası Ağa Musa Nağıyevin etdiklərinin təbliqatına yönəldilib.

Ustad Qələm Sahibi Dilarə xanım həmişəki kimi  bu dəfə də babasına həsr etdiyi www. Musanagiyev.az Saytı ilə hamını heyrətləndirdi. Təbriklər.


Dunyaxeber.org