Azərbaycan 4-cü pillədə, Ermənistan isə… – SİYAHI

Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının idmançıları 18-23 may tarixlərində Gürcüstanın paytaxtı Tiflis şəhərində baş tutan Abu Dhabi Jiu-Jitsu Pro (AJP) nüfuzlu beynəlxalq turnirində iştirak ediblər.

Dunyaxeber.org xəbər verir ki, idmançılarımız turnirdə uğurlu nəticələr əldə ediblər.

Belə ki, yarışa qatılan 16 idmançımızdan 15-i medal qazanıb.

Onlardan 9 nəfər 1-ci yer, 3 nəfər 2-ci yer, 3 nəfər isə 3-cü yerə layiq görülərək Braziliya Ciu-citsu döyüş növü üzrə qələbə qazanıblar.

Bununla belə, ümumi komanda hesabında 21 ölkə arasında medalların sayına görə Azərbaycan təmsilçiləri 4-cü pillədə qərarlaşıblar.

Xüsusi qeyd edək ki, Ermənistan komandası Azərbaycandan sonra 5-ci yerdə qərarlaşıb.

Qaliblərin siyahısı:

Qasımov Abbas – 1-ci yer

Ağaməmmədov Balaəli – 1-ci yer

Ağalı Emir – 1ci yer

Hüseynov Anar – 1-ci yer

Məmmədov Turqut – 1-ci yer

Rəhimov Məmmədəli – 1-ci yer

Ağadadaşov Yusuf – 1-ci yer

Həsənzadə Ayxan – 1-ci yer

Qocayev İbrahim – 1-ci yer

Ağayev Elnur – 2-ci yer

Verdiyev Qafar – 2-ci yer

Davudov Rəşid – 2-ci yer

Mahmudov Fərhad – 3-cü yer

Qəhrəmanov Həsənağa – 3-cü yer

Davudov Rəşid – 3-cü yer