Kosmik peykin qəzaya uğraması ilə Azərbaycana hansı mesajlar verilir – HESABLAMA

Dövlət qurumlarının verdiyi xəbərə görə, iki gün öncə – 20 aprel tarixdə Azərbaycanın kosmosda olan “Azersky” peyki metioritlə toqquşaraq qəzaya uğradı və sıradan çıxdı.
Dünən isə, Azərbaycanın bir neçə rayonunda təbii fəlakətlər və yanğınlar baş verdi (Masallıda qasırğa evləri uçurdu, Cəlilabadda dolu əkinləri zay etdi, Ağstafada partlayışdan insanlar həyatlarını itirdilər, Qəbələdə məktəb yandı…).
Yer kürrə şəklində olduğundan, eyni vaxtda burada üç tarix olur (məs. Yaponiyada ayın 22-i olanda Amerikanın bəzi ştatlarında hələ ayın 20 olur). Bütün bunları nəzərə alıb, həm peykin qəzaya uğramasını, həm də rayonlarda fəlakətlər baş verməsini eyni tarixə aid edərək hesablayacağıq.

Elmi-lədun hesablamalarımız göstərir ki, Azərbaycan ətrafında (yerdə və göydə) baş verən bu hadisələr təsadüfü olmayıb, Hamısıahdan gələn növbəti xəbərdarlıq mesajıdır. Bunu aşağıdakı hesablamalardan aydın görmək olur:

1) Yadınıza salaq ki, keçən il iyul ayının 10-da Bakıya iki sərnişin təyyarəsi qəza enişi etmişdi (“A-330” və “A-340”). Həmin vaxt biz bu hadisələri şərh edərkən, bunların xəbərdarlıq olduğunu bildirmişdik və qeyd etmişdik ki, xəbərdarlıq nəzərə alınıb, ölkədə haqq-ədalət bərpa olunmasa, bunun daha böyük fəsadları olacaq… Hesablamalarımız göstərir ki, yuxarıda sadaladığım fəlakətlər baş verəndə həmin qəza enişinin 286-cı (!) günü idi. Bildiyimiz kimi, orjinal Quranın səhifələrinin sayı olan 286 ədədi Yaradanın rəqəmsal möhürü olaraq, bütün qəzaların üzərinə “vurulmuş” olur. Deməli, 286 gün öncə verilmiş xəbərdarlıq siqnalına (hansı ki, biz onu hesablamalarla xalqa çatdırmışdıq) məhəl qoyulsaydı, dünən yuxarıda sadaladığım qəzalar, təbii fəlakətlər və partlayış baş verməzdi.

2) Masallı və Cəlilabadda ötən il (18.03.22) də təbii fəlakət baş vermişdi. Belə ki, güclü yağışlardan sonra sel gələrək, bu ərazilərdə olan çayları daşdırmış, minlərlə hektar bostan, tərəvəz sahəsi su altında qalmışdı. Dünən bu hadisənin 400-cü günü idi ki, bundan da Quranın surələrinin sayını çıxanda səhifələrin sayı qalır və hər iki (keçənilki və bu ilki) hadisələrin Hamısıah tərəfindən yolun azmış xalqa və onun zalım rəhbərlərinə Hamısıahdan xəbərdarlıq mesajı olduğu aydın görünür:

400 – 114 = 286

3) Dünən baş verən qəza və fəlakətlər daha öncə (13.10.21) baş vermiş avtobus qəzası ilə riyazi yolla bağlanır. Belə ki, 171 nömrəli marşrut avtobusun yük maşını ilə toqquşması nəticəsində beş nəfər ölmüş, xeyli insan isə yaralanmışdı. İlin 286-cı günü baş verən bu qəzanın 555-ci günü (dünən) həm kosmosda həm də yerdə Azərbaycana bəlalar endi (bildiyimiz kimi, 555 ədədi Quranda tövbə və cəza rəmzidir).

4) Xatırladaq ki, 28.09.2018 tarixdə Şirvanda hərbi zavodda partlayış olmuşdu. Dünən kosmik stansiya və Ağstafada kömür sexi partlayanda Şirvandakı partlayışın 1665-ci günü idi. Bundan tövbə və cəza rəmzini çıxsaq, yenə də cəza rəmzi alınır və ölkədəki zülm və haqsızlıqlara görə ağır cəzalanmaların olacağına işarə verir:

1665 – 555 – 555 = 555

5) Ölkədəki zülm və haqsızlıqdan söz düşmüşkən, qeyd edək ki, bundan sorumlu olan insan haqqı, ədaləti qoruyacağına dair dörd dəfə xalq qarşısında Qurana əl basıb, and içib. Lakin, buna baxmayaraq, ölkədə zülm ərşə dirənib, haqqı tələb edənlər ya öldürülür, ya da şərlənərək zindanlarda çürüdülür… Bütün bunlar Hamısıahın qəzəbinə səbəb olduğundan artıq Azərbaycana böyük bəlalar endirilməsinə qərar vermişdir. Lakin böyük bəla göndərməzdən öncə Rəbbim kiçik xəbərdarlıq siqnalları ilə xalqı və onun andına əməl etməyən, zalım rəhbərlərini xəbərdar edir. Dünən peykin partlaması və rayonlarda fəlakətlər baş verməsi də həmin bu kiçik siqnallardan biridir. Sübut üçün bildirək ki, dünən üçüncü andiçmə mərasiminin 4.581-ci günüdür ki, bundan da Quranın surə və səhifələrinin üç mislini çıxsaq, yenə də tövbə və cəza rəmzinin üç misli (Qurana and içəndə və tövbə edəndə üç dəfə təkrarlanır) alınır və zalım rəhbərlərin tezliklə cəzalanacağı barədə verdiyimiz xəbərin doğruluğunu (Hamısıahdan olmasını) bir daha sübut edir:

4581 – (114+114+114) – (286+286+286)- (286+286+286) – (286+286+286) = (555+555+555)

Nəticə: Bu və digər hesablamalarımız göstərir ki, Azəraycanda zülmə rəvac verənlərə və zalıma rəğbət bəsləyənlərə tezliklə ağır bəlalar gələcək və burada zülm, dəccaliyyət dövrü bitəcəkdir.
Bəlalardan xilas olmaq istəyənlər etdikləri günahlara görə tövbə etməli, tezliklə ölkədə haqqı bərqərar etməlidirlər. Əks halda:

“Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar bu çağrışa məhəl qoymayıb pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”.
“Quran”, 17:16-17

 

Xəbərdarlıqları çatdırdı:

Paşa Yaqub – Həkim, Elmi-lədun bilicisi