Bitkilərin özünəməxsus səsi olduğu açıqlandı – Yeni araşdırma

Alimlər yeni araşdırmalarına əsasən bitkilərin səssiz canlılar olmadığı ortaya çıxıb.

Dünyaxeber.org xəbər verir ki, bu barədə “The Cell” araşdırma jurnalında dərc olunan yazıda qeyd olunub.

Tel-Əviv Universitetinin Elmlər Fakültəsinin dekanı, professor Lilaç Hadani:

“Səsə cavab verən çoxlu orqanizm var, ona görə də düşündüm ki, bitkilərin kar və lal olduğuna inanmaq üçün əsaslı səbəbimiz yoxdur”.

6 il əvvəl laboratoriyasında ultrasəs mikrofonu ilə kaktusun səsini ilk dəfə qeydə aldığını ancaq, səsin kaktusdanmı, yoxsa ətrafdakı başqa bir şeydənmi gəldiyiniə əmin olmadığı deyən Hadani araşdırmasına davam edib. O komandası ilə birgə səs keçirməyən akustik qutularda təcrübə aparıb.

Tütün və pomidor tingləri qoyduğu qutulara 20 ilə 250 kilohers arasında səsləri qəbul edən ultrasəs mikrofonları yerləşdirən komanda bəzi bitkilərin müəyyən hissələrini kəsib, bəzilərini susuz qoyub, bəziləri isə onlara heç toxunmayıb.

Komanda daha sonra insan qulağına eşidilməyən 40 ilə 80 kilohers arasında olan səsləri qeydə alıb. Komanda, bunların patlayan qarğıdalı səsinə bənzədiyini bildirib.

Bundan əlavə, komanda stress altında olan bitkilərin daha çox səs çıxardığını müəyyən etdiklərini vurğulayıblar.   /yeniavaz.com/