Bələdiyyələr ən çox və ən az pulu nəyə xərcləyiblər? – SON RƏQƏMLƏR

2022-ci ildə Azərbaycanda olan bələdiyyələr ümumilikdə 46,796 milyon manat xərcləyib. Dünyaxeber.org xəbər verir ki, yerli özünüidarəetmə orqanlarının xərcləri bir il ərzində 15,7 faiz artıb.

Bəs bələdiyyələr pulunu daha çox nəyə xərcləyib?

Rəsmi məlumatlardan aydın olur ki, bələdiyyələrin xərclərinin daha çox hissəsi yerli özünüidarəetmə orqanının saxlanmasına sərf edilib. İdarəetməyə 30,63 milyon manat xərclənib ki, bu da cəmi xərclərin 65,5 faizidir.

Digər xərclərin çox hissəsi mənzil və kommunal təsərrüfatı xərclərinə (5,1 milyon manat), iqtisadi fəaliyyətlə bağlı xərclərə (3,28 milyon manat), sosial müdafiə və sosial təminat xərclərinə (3 milyon manat) yönəldilib.

Bələdiyyələr təhsilə 12,4 min manat, səhiyyəyə 1,1 min manat, bədən tərbiyəsi və gənclər siyasətinə 28,2 min manat ayırıb.