KONFRANS KEÇİRİLDİ

27.03.2023-cü il tarixində məktəbdə 2023-cü il “Heydər Əliyev ili” və 1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımın 105-ci ildönümü ilə əlaqədar “31 mart azərbaycanlıların soyqırımının tarixi və siyasi cəhətdən öyrənilməsi”adlı konfrans keçirildi.Konfransda məktəb rəhbərliyi və Quba şəhərində “Soyqrımı Memorial Kompleksi”nin mütəxəssisi,tarix üzrə fəlsəfə doktoru,dosent – Sübhan Talıblı,AMEA Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi,tarix üzrə fəlsəfə doktoru – Həsən Səfəri,AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri,tarix üzrə fəlsəfə doktoru,dosent – Elnur Kəlbizadə,320 nömrəli tam orta məktəbin tarix müəllimi – Zamiq Əliyev,320 nömrəli tam orta məktəbin şagirdləri: Əzizova Nigar,Hüseynova Aidə,Mehdiyeva Ayan iştirak etdilər.Aşağıdakı mövzularda çıxışlar oldu.
Sübhan Talıblı – “1918-ci ildə Şamaxı,Quba,Göyçay,Cavad qəzalarında azərbaycanlıların soyqrımları”
Həsən Səfərli- “Urmiya və Salmasda azərbaycanlıların soyqrımı”
Elnur Kəlbizadə – “İrəvan və Naxçıvanda azərbaycanlıların soyqırımı”
Zamiq Əliyev- “Zəngəzurda azərbaycanlıların soyqırımı”
Əzizova Nigar- Qan yaddaşımız
Hüseynova Aidə- 31 mart soyqrımı
Mehdiyeva Ayan- Cəbrayıl qəzasında azərbaycanlıların soyqrımı
Sonda tədbir iştirakçılarına sertifikartlar təqdim edildi.Məktəb kitabxanasına 9 adda müxtəlif kitablar bağışlandı.