Xankəndi və ətrafında yaşayan ermənilər istədikləri vaxt Ermənistana gedib-gələ bilirlər. Ancaq bunun üçün rus sülhməramlılara pul ödəyirlər.
Dünyaxeber.org xəbər verir ki, bu barədə rusiyalı jurnalist İrina Tumakovanın Xankəndiyə səfəri ilə bağlı “Novaya qazeta”da dərc edilən reportajında bildirilib.
Rus jurnalistə danışan Naira adlı erməni qeyd edib ki, 1 nəfəri rus sülhməramlılar müxtəlif qiymətə daşıyırlar, bəzən bu qiymət 30, 50 və ya 100 dollar ola bilir. /teleqraf.com/