İran Naxçıvanla sərhədə hərbi texnika yığır.
Dünyaxeber.org xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, İran hökuməti Qərbi Azərbaycan əyalətinin Poldəşt şəhərinə çox sayda silah-sursat, 280-300 ədəd hərbi maşın toplayıb.
Sərhəd yaxınlığına minə yaxın hərbçinin yerləşdirildiyi bildirilib. /axar.az/