“Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi Şəhid Rəşad Quliyevin ailəsinə baş çəkdi

Məlumat verdiyimiz kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Aztəminatlı Əlil,
Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi “Əbədiyaşar
şəhidlərimiz” adlı layihə icra edir.
Layihə zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün
davam edərək Zəfərlə başa çatan Vətən müharibəsinin ilk günlərindən döyüş
əməliyyatlarına qatılan və misli görünməmiş qəhrəmanlıqlar göstərən
igidlərimizdən biri olan şəhid polkovnik-leytenant Rəşad Quliyev barəsində
“Canavarın son döyüşü” adlı film çəkilir. Bu ad təsadüfi seçilməyib. Rəşad
Quliyev cəsarəti, qorxmazlığı, qəhrəmanlığı, təkbaşına bir çox əməliyyatları
uğurla yerinə yetirdiyinə görə döyüş yoldaşları ona “canavar” deyirdi.
Bu gün xalqımız üçün əziz olan Novruz bayramı münasibəti ilə layihə
rəhbəri Məlahət Abdullyeva və layihədə könüllü kimi iştirak edən “Türk Dünyası
Turan Düşüncə Mərkəzi “İB İdarə Heyəti üzvü və “Əlillər Dünyası” qəzetinin Baş
redaktoru Tahir Xudiyev şəhid Rəşad Quliyevin ailəsinə baş çəkmişlər. Onlar ailə
üzvləri ilə birgə Rəşad Quliyevin keçdiyi şərəfli həyat və döyüş yolları barədə
söhbət etmiş, şəhidimizin xatirəsini ehtiramla yad etmişlər.
Anası Mətanət xanım, bacıları Nazilə və Nərmin xanım şəhid polkovnik-
leytenant Rəşad Quliyevin xatirəsini daima əziz tutan hər bir kəsə təşəkkürlərini
bildirmişlər.
Ruhun şad olsun, cənab polkovnik-leytenant!
Hamısıah bütün şəhidlərimizə rəhmət eləsin.

Mətbuat Xidməti
19.03.2023