Zaqatalada ər arvadının həyatına tüfənglə son qoydu

Dunyaxeber.org un əldə etdiyi məlumata görə hadisəyə uzun müddətdir davam edən ailə münaqişəsi səbəb olub.

Belə ki, mərhum 34 yaşlı Firəngiz Yusifova ilə onun əri, 38 yaşlı Məhəmməd Didiyev arasında xeyli müddətdir söz-söhbət, ailə mübahisələri olub. Poçt işçisi olan F. Yusifova bu mübahisələrdən bezərək ötən gün boşanma üçün Zaqatala rayon məhkəməsinə ərizə yazıb. Bundan xəbər tutan M.Didiyev tufənglə yoldaşını güllələyib.

 

Dunyaxeber.org