Bu gün səhər saatlarında Biləsuvar rayon Polis şöbəsinin yaxınlığında qadın özünü yandırmağa cəhd edib.
Dunyaxeber.org Cənub bürosunun məlumatına istinadən bildirir ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb, qadına ilkin tibbi yardım göstərilməklə xəstəxanaya çatdırılıb.
Biləsuvar rayon sakini olan Səidə Babayevanın Cinayət Məcəlləsinin 152.1, 221.3-cü maddələri ilə təqsirləndirilən, məhkəmə qərarı ilə həbs edilən oğlu, 2000-ci il təvəllüdlü Babək Babayevin dərhal azadlığa buraxılmasını tələb etdiyi bildirilir.
Araşdırmalar davam etdirilir.
Dunyaxeber.org