Bütün 5 yaşlı uşaqlar məktəbəhazırlığa cəlb ediləcək

Gələcəkdə bütün 5 yaşlı uşaqlar məktəbəhazırlığa cəlb ediləcək.

Dünyaxeber.org Trend-ə istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında Hesabatında qeyd edilib.

Bildirilib ki, 2022-2023-cü tədris ilində dövlət büdcəsi vəsaiti hesabına ümumi təhsil müəssisələrində 91,5 min nəfər məktəbəhazırlığa cəlb edilib.

“Məktəbəhazırlığa cəlb edilmə göstəricisinin 90 faizə çatdırılması və gələcəkdə bütün 5 yaşlı uşaqları əhatə etməsi qarşıda duran əsas hədəflərdəndir”, – deyə əlavə edilib.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.