Bakıda quldurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, martın 14-də paytaxt sakini olan bir qadının içərisində 4800 manatı və sənədi olan cüzdanı quldurluq yolu ilə əlindən alınıb.
Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Comərd Həmzəyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.