8 mart İran qadınlarına həmrəylik adlı tədbir kecirildi 

İranlı Mühacirlər Cəmiyyət İctimai Birliyinin sədri Firudin İbrahiminin tədbirin mahiyyətindən danışdı. İran hakimiyyəti  azadlıq tələb edən qadınların başlatdığı hərəkat qarşısında çətin duruma düşüb.
İranda aksiyalara qoşulan gənc qızlar hicabsız   mübarizələrində israrlı olduqlarrını nümayiş etdirirlər.İran qadınları nəhayət başlarını bağlamaq, uzun və geniş paltar geyinmək məcburiyyətindən xilas olmağa çalışırlar.
Yeni dövrə yeni təfəkkürlə qədəm qoyan iranlı qadınların molla rejiminə qorxu bilmədən,  rejimin qəddarlığından, polisin sərt davranışından belə qorxmadan küçəyə hicabsız çıxırlar.Bu etirazlar tam olaraq səngiməyib. Nə qədər ki, mövcud rejim və haqsızlıqlar var, bu etirazlar da davam edəcək. Bir gün bunlar nəticə verəcək”.
Tədbirdə Azərbaycan Demokrat Firqəsinin sədri Adilə Çernikbulənd bildirdi ki,“Mən şəxsən inanıram ki, bu mübarizənin bir nəticəsi olacaq. Güney Azərbaycan öz müstəqilliyini qazanacaq və bizim qadınlarımız da dünyanın bir parçası olaraq Beynəlxalq Qadınlar Gününü qeyd edəcəklər. Arzulayırıq ki, qadınların yaşam tərzi yaxşılaşsın və bu durumdan qurtulsunlar. Bir toplumun ki, qadınları azad yaşamır, o cəmiyyətə əsir toplum deyilməlidir. Biz də toplumun bütünlükdə azadlığını istəyirik”, -deyə o bildirib.Şair Tariyel Ümid yazdığı şeyirlərnən qadınları təbrik etdi.  Murtuza Müqəddəm,“Qadınların durumu son günlər hamıya məlumdur. Bir baş örtüyünə görə gənc bir qızı öldürdülər. Onun ardından ölkədə neçə aydır etirazlara şahid oluruq. Neçə-neçə gənc, hətta məktəbli qız öldürüldü. Son bir neçə ayda isə məktəbli qızların zəhərlənməsi və kütləvi şəkildə baş verdiyindən dövlətin bu işdə əlinin olmasına şübhələri artırır.  Zəhərlənmə hadisəsi hələ də davam edir.  Başqa faktlar da var ki, bu hadisə dövlətin öz içindən təşkil edilir. Qadınlardan intiqam alırlar. Çünki bu etirazlar qadın məsələlərinə görə başlamışdı. Mollalardan ibarət  qadınların məktəbə getməsinə, topluma qarışmasına müxalifdirlər”.
İranlı Mühacirlər Cəmiyyəti İctimai Birliyinin Qadınlar şurasının sədri Mominat Abbasova{Puhən},şair Tariyel Ümid, Dunya Ana və Uşaqlar İB-yinin sədri Dünyaxanım Əliyeva və başqa ictimaiyyət nümayəndələrinin iştirak ediblər. Çıxış edən tədbir iştirakçıları Azərbaycan qadınının dözümlülüyündən ,iradəsindən ,mərdliyindən söhbət açıb ,müxtəlif sahələrdə uğur əldə etmiş qadınlardan nümunə gətirilib. Hər biri çıxışında Qadınlar günü münasibətilə bütün qadınları təbrik edib, xoşbəxtlik və səadət dolu günlər arzu ediblər.
Sonda xatirə şəkilləri çəkilib.
Dunyaxeber.org