Qəhrəmanlıq,şəhidlik.Hər iki söz bir biri ilə sinonomlik təşkil edərək, dərin mənaya malikdirlər.Adlarının ağırlığı qədərdə mənaları da böyük ürək tələb edir.Belə böyük ürəyə sahib qəhrəmanlarımızdan biri də Milli Qəhrəman Əliyev Rövşən Nəriman oğludur.O,1972-ci ildə 30 avqustda Bakı şəhərində dünyaya göz açmışdir.Rövşənin dünyaya gəlişi hər kəs üçün böyük uğur gətirmişdir.Ailədə 4 uşaq olsalar da,Rövşən özünəməxsus xüsusiyyətlərinə, savadına ən əsas isə vətənpərvərliyinə görə hər zaman seçilərdi.Həyatda bir çox arzuları var idi.Arzularından biri isə həkimlik ixtisasına yiyələnmək idi.
11 illik təhsilini başa vurduqdan sonra nədənsə Tibb Universitetinə deyil,Azərbaycan Dövlət Texniki Universitetin Maşınqayırma fakültəsinə daxil olur.Lakin xalqını ,vətənini düşünərək təhsilini yarımçıq qoyub könüllü orduya yazılır.Xüsüsən Ağdam rayonunda yaradılmış Milli Müdafiə taborunda döyüşə qatılır.Onun vətənə olan sevgisi hərbi də də fərqləndirir.İştirak etdiyi döyüşlərdə verilən tapşırıqları layiqincə yerinə yetirirdi.
Sonuncu dəfə isə Xocalı rayonun Dəhrəz kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.Rövşənin xalqına ,vətəninə göstərdiyi xidmət bu gün onun anim günündə iştirak edənlər bir daha sübut etdilər.
“Milli Qəhrəmanlar Tanıtma İctimai Birliyinin Böyük Qayıdış Gənclər Təşkliatının,Azərbaycan Dövlət Texniki Universitetinin,Milli Kino Mərkəzinin dəstəyi ilə Xocalı soyqırımı,Rövşənin anım günü tədbiri keçirildi.Tədbir şəhidlərimizi bir dəqiqəlik sukutla yad edilərək dövlət himni səsləndirildi.Daha sonra Milli Qəhrəman haqqında hazırlanmış videoçarx tədbir iştirakçılarına təqdim olundu.
Texniki Universtitetin Tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli qonaqları ,və tədbir iştirakçılarını salamlıyaraq,tədbiri açıq elan etdi.Dəvət edilmiş qonaqlar sırsında Milli Qəhrəmanlar Tanıtma İctimai Birliyinin rəhbəri Elşən Uluxanlı,Milli Qəhrəman birliyinin nümayəndə sədrləri,Mili Qəhrəman Fəxrəddin Cəbrayılov,Birlik Cəmiyyətinin Sədri Leyla Əhmədova,Yazıçı -şair Eldar Xanlaroğlu,Milli Qəhrəman ailələri ,Vətən Müharibəsi qaziləri,Böyük qayıdışGənclər Təşkilatının nümayəndəsi Orduxan Bəy,Milli kino Mərkəzinin rəhbəri Kəmalə xanım,Müdafiə Nazirliyinin əməkdaşı Lalə xanım,Texniki Universitetin müəllim və tələbə kollektivi iştirak edirdilər.Qonaqlar çıxışlarında Rövşən Əliyevin Xocalı uğurunda göstərdiyi şücayət,həmçinin qan yaddaşımız olan Xocalı soyqirimini xatırladaraq,bir sıra fikirlərini bölüşdülər.Rövşən və onun simasında bütün Şəhidlərimizə Hamısıahdan rəhmət dilədilər.
Tədbirin sonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanlar Tanıtma İctimai Birliyinin sədr mavini Fəranə Alıyeva tədbirdə əməyi keçən hər bir kəsə və tədbir iştirakçılarına xüsusi minnətdarlığını bildirdi.
Gülnar