Artıq 12 ölkə Ukraynanın Rusiyanın hərbi təcavüzünə qarşı mübarizə aparması üçün “tank koalisiyası”na qoşulub.
Dünyaxeber.org “report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi axşam videomüraciətində bildirib.
“Rusiyanın şəhərlərimizə qarşı atdığı hər bir raket, terrorçuların istifadə etdiyi hər bir İran pilotsuz aparatı bizim niyə daha çox silaha ehtiyacımız olduğuna dair arqumentlərdir”, – dövlət başçısı qeyd edib.
“Xüsusən, biz tank koalisiyamızı genişləndiririk (Kanadanın müvafiq qərərı var – buna görə minnətdaram). Artıq bizim tank koalisiyamızda 12 ölkə var”.