AKTUAL “Qurani-Kərim”i yandıranlar beynəlxalq hüququn, insanlığın və dini dəyərlərin düşmənidir

İsveçdəki Türkiyə səfirliyi qarsısında törədilən  bu hərəkət, “Qurani-Kərim”in yandırılması faktı yalnız Türkiyəyə qarşı deyil. Ümumilikdə insanlığa, bəşəri və dini dəyərlərə qarşı yönəlmiş hərəkətdir. Bu İslam əleyhinə ən alçaq,  insanlıqdan uzaq addımdır.

İsveçin paytaxtı Stokholmda müqəddəs “Qurani-Kərim”in yandırılmasını hansı demokratiyanın təzahürü hesab etmək olar?  İsveç rəsmisi belə aksiyaları demokratiya, söz və hərəkət azadlığı kimi qeyd edib. Lənət olsun belə demokratiyaya. Demokratiyanı,  söz azadlığını  əlində bayraq edən sarsaqlar öz mahiyyətlərini ortaya qoyublar.

“Qurani-Kərim”i yandıranlar beynəlxalq hüququn, insanlığın və dini dəyərlərin düşmənidir. Əgər İsveç höküməti beynəlxalq hüquqa, dini dəyərlərə hörmət qoyursa müqəssirləri cəzalandırmalıdır. Dünya bu qədər qütbləşmənin getdiyi məqamda belə addımlar qəbul edilməzdir. Digər tərəfdən islami dəyərlərə, müqəddəs kitabımız olan “Qurani-Kərim”-ə qarşı belə münasibət heç bir topluma, dövlətə başucalığı gətirməz.

Əkrəm Bəydəmirli