Vardanyan “qırmızı xətti” keçdi: “Bura ona görə gəlmişəm ki…”

Separatçı Ruben Vardanyan Azərbaycana qarşı sərsəm iddialarına yenisini əlavə edib və həddini aşan ifadələr səsləndirib.

Dünyaxeber.org teleqraf.com-a istinadən bildirir ki, separatçı bu dəfə “müstəqil Artsax” xülyasından dəm vurub.

“Mən açıq şəkildə deyirəm ki, məqsədimiz təhlükəsiz və inkişaf etmiş “müstəqil Artsax”a sahib olmaqdır. Bunu yeganə yol hesab edirəm və bu məqsədə çatmaq üçün hər şeyi birlikdə etməyə gəlmişəm”, – Vardanyan bildirib.

Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl Ruben Vardanyan və digər separatçıları açıqlama verərkən, Azərbaycanla bağlı düzgün və ehtiyatlı ifadələr seçməyə çağırmışdı. Onun fikrincə, belə açıqlamlar yeni hərbi qarşıdurmaya yol aça bilər.