Mərhum xalq şairi Zəlimxan Yaqubun xatirə gecəsi keçirilib

18 Yanvar mərhum xalq şairi Zəlimxan Yaqubun xatirə gecəsi keçirilib.Beynəlxalq muğam mərkəzində keçirilən tədbirdə böyük tamaşaçı izdihamı yaşanıb. Tədbirdə çıxış edənlər şairin yaradıcılığı ilə bağlı tamaşaçılara geniş məlumat verib və yaxın tanışları, ədəbiyyatşünaslar xatirələrini danışıblar. Eyni zamanda şairin şeirləri səsləndirilib və sözlərinə yazılan musiqilər ifa olunub. Tədbir Dədə Ələsgər Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçib.

Dunyaxeber.org