ARUTYUNYAN BAKININ İLKİN ŞƏRTLƏRİNİ AÇIQLAYIB – “Çətin günlər qarşıdadır”

Qarabağdakı erməni separatçı-terrorçu dəstənin başçısı Arayik Arutunyan Azərbaycanın Laçın yolu ilə bağlı ilkin  tələblərini açıqlayıb.

Bu barədə Ermənistanın “Hraparak.am”saytı məlumat yayıb. Qeyd olunub ki, Arutunyan məsələ ilə bağlı Xankəndidə separatçı ətrafı ilə qapalı görüşündə Azərbaycanın Laçın yolunun açılması ilə bağlı bir neçə tələb irəli sürdüyünü deyib. Bunlardan biri Ruben Vardanyanın Qarabağdan çıxarılması olub:

“Digərləri Ağdarədəki “Qızılbulaq” mədəninin fəaliyyətinin dayandırılması, Laçın yolunun Rusiya sərhəd-keçid məntəqəsində rentgen skaner cihazları quraşdırılması və yüklərə nəzarət edənlər arasında Azərbaycan nümayəndəsinin olmasıdır”.

Arayikin sözlərinə görə, Azərbaycanın növbəti tələbi isə separatçılara məxsus ağır hərbi texnikanın geri çəkilməsidir. O, bildirib ki,  Azərbaycan separatçılarla heç bir danışıq aparılmır, bu tələblər vasitəçilik yolu ilə onlara təqdim olunub. Nəşrin yazdığına görə, güman edilir ki, vasitəçilər Ermənistan səlahiyyətliləridir.

Arutyunyan çıxışı zamanı tələblərin qəbul edilməyini də vurğulayıb.

“Çünki onlar yerinə yetirildikdən sonra yolunun açılacağına və ya açılandan 1-2 həftə sonra yenidən bağlanmayacağına zəmanət yoxdur. Buna cavab olaraq Azərbaycan dünən qazın verilişini bir neçə saatlıq dayandırıb. Ümumiyyətlə, çətin günlər qarşıdadır”, – deyə o qeyd edib.