Osman Alıyev: “Bu gün Azərbaycan disporu təşkilatlanaraq mütəşəkkil hala gəlib”

Rusiya Federasiyasının Kirov vilayətində fəaliyyət göstərən “Birlik” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Osman Alıyev Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova təbrik məktubu ünvanlayıb.

Məktubda bildirilir: “Bu gün Azərbaycan disporu təşkilatlanaraq mütəşəkkil hala gəlib. Milli diasporumuz ulu öndər Heydər Əliyevin tövsiyə və tapşırıqlarına riayət edərək öz fəaliyyətində bunu praktiki nümayiş etdirib. Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi dövlətin diaspor quruculuğu siyasətinin əsəs tərkib hissəsidir. Bu baxımdan Diasporla İş üzrə Dövlət Komitəsi hər zaman dünya azərbaycanlılarını layiqli şəkildə koordinasiya edib.
Sizin Dövlət Komitəsinə rəhbərliyinizdən sonra Azərbaycan diaspor quruculuğu siyasətində yeni mərhələnin əsası qoyulub. Vətən müharibəsindən sonra diaspor fəallarımızın xarici ölkələrdə önə keçməsi və müstəqillik tariximizdə ilk dəfə olaraq erməni diasprorunu məğlub durumuna salması bunu bir daha sübut etdi. Ali Baş Komandan İlham Əliyev dəmir yumruq kimi dünya azərbaycanlılarını birləşdirdi.
Bu gün Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün öz üzərinə düşən tarixi missiyanı böyük məsuliyyətlə yerinə yetirir. Başda Siz olmaqla Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi dünya azərbaycanlılarının birliyi və Vətənə sədaqətli olması üçün ürəklə çalışır.
Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimim qəlbdən təbrik edirəm”.