Füzuli rayonunun Birinci Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində yoxlanış keçirilib .Saxlanılanlar var.

Əldə etdiyimiz məlumata görə dekabr ayının 28-də saat 21:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Birinci Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Balışov Elmir Əziz oğlu və Xaçmaz rayon sakini 1988-ci il təvəllüdlü Bayramov Cəlal Akif oğlu saxlanılmışlar.

 

Saxlanılan şəxslərin üzərinə baxış zamanı 6 kiloqram 200 qram narkotik vasitə (5 kq 700 qram “marixuana”, 500 qram “metamfetamin” və 980 ədəd “metadon M-40” həbləri), 1 ədəd Türkiyə istehsalı olan “Hatsan” tir tüfəngi və ona məxsus 264 ədəd qırma aşkar olunaraq götürülmüşdür.