“Krasnoyarskdakı soydaşlarımız hər zaman Azərbaycanla fəxr edirlər”

Krasnoyarsk diyarı “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədr müavini Nəsimi Həsənov qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə soydaşlarımızı təbrik edib: “Bu gün dünya azərbaycanlıları dəmir yumruq kimi birləşiblər. Harada yaşmağımızdan asılı olmayaraq ürəyimiz dogma Vətənimizlə döyünür. Vətən müharibəsində qazanılmış şanlı Zəfərlə hər brimiz qürur duyuruq. Krasnoyarskdakı soydaşlarımız  hər zaman Azərbaycanla fəxr edirlər.

Krasnoyarskda yaşayan azərbaycanlılar hər il Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ilin gəlişini təntənli şəkildə qeyd edirlər. Mən bütün dünya azərbaycanlılarını hər iki bayram münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Hər bir soydaşımıza möhkəm cansağlığı, müvəffəqiyyət arzu edirəm. Yaşasın Azərbaycan”.

Xatırladaq ki, Həsənov Nəsimi Əyyub oğlu Zəngilan rayonunda anadan olub. 40 ildən artıqdır ki, Rusiya Federasiyasının Krasnoyarsk şəhərində yaşayır. Krasnoyarsk diyarı “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Taleh Mahmudovla birgə uzun illərdir diaspor fəaliyyətini yüksək səviyyədə davam etdirirlər. Şəhərin ağsaqqal diaspor üzvlərindən olan Nəsimi Həsənov daimi Vətən üçün könüllü olaraq çalışır. Onu da əlavə edək ki, birinci Qarabağ və 44 günlük Vətən müharibəsində Nəsimi Həsənov da diasporumuzun əksər üzvləri kimi Azərbaycan Ordusuna maddi və mənəvi dəstək göstərib. Nəsimi Həsənov ictimai fəaliyyətlə yanaşı, bizneslə də məşğul olur. “İmperator” restoranının sahibi olaraq soydaşlarımıza və yerli xalqa xidmət göstərir.