Yerə 82 metrlik asteroid yaxınlaşır

Dekabrın 15-də diametri təxminən 82 metr olan asteroid Yerin yanından keçəcək.

Bu barədə NASA-nın Reaktiv Hərəkət Laboratoriyası (JPL) məlumat yayıb.

2015 RN35 asteroidi dekabrın 15-də 686.000 km məsafədə Yerə ən yaxın yaxınlaşmasını həyata keçirəcək.

Məlumatına görə, asteroidin sürəti saatda 21 276 km-dir.