Bu gün yenə də təhsilimizdə qaz vurub qazan dolduran direktorlar hələ də fəaliyyətlərini davam etdirməkdədir.Belə direktorlardan biri də Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbinə rəhbərlik edən Y.Xəlilov cənablarıdır. Bu “Qoçaq” direktor valideynlə separat danışığa gedərək övladının xaricə getməsinə razlıq verib.
Bu haqda Dünyanınsəsi.Az saytına özəl mənbədən məlumat daxil olub.
Məlumatlı mənbənin sözlərinə görə 34 saylı tam orta məktəbin 10-cu sinif şagirdi İsmayılov Sənan Namiq oğlu dərs ili başlayandan Rusiya Federasiyasına gedib.Məktəbin jurnallarında davamiyyəti olmayan şagirdə müəllimlər tərəfindən isə qayıb qoyulmayıb.
Halbuki sözügedən məktəbin direktoru şagirdin ölkədən xaricə getməsi ilə bağlı , sinif rəhbərinin və yerli icra hakimiyyətinin nümayəndəsinin iştirakı ilə akt tərtib edib rəsmiləşdirməklə, şagirdin şəxsi işi məktəbdə saxlanılmaqla onun kontingentdən xaric edilməsi barədə əmr verməli idi.
Əfsuslar olsun ki,direktor müəyyən məbləğ müqabilində sözügedən şagirdi xaricdə ola-ola hələ də kontigentdən xaric etməyərək saxlayıb.
Faktla bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.