Ali Məhkəmədə Bakıda yeniyetməni bıçaqlamaqda təqsirləndirilən Emil Kərimxanovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrlik etdiyi prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə ötən ilin mayında paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, E.Kərimxanov mübahisə zəminində yeniyetmə T.Behbudovu bıçaqlayıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi döş qəfəsinin kəsilmiş-deşilmiş diaqnozu ilə xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.
Daha sonra E.Kərimxanov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Kamal Məmmədov