“Putin bunu edə bilməz, çünki qorxaq adamdır…” – Feygin

Rusiyalı hüquq müdafiəçisi Mark Feygin ehtimal edir ki, Putini bunkerdə dəfn edəcəklər ki, xalqı diktatorun görkəmi ilə qorxutmasınlar. Vəkil həm də inanmır ki, Rusiya Federasiyasının Prezidenti Donbasa səfər etsin.

«Yox, o heç yerə getməyəcək. Ən yaxşı halda onlar haradasa Luqansk ətrafında hansısa bir səngərcik tikəcəklər və adamları oraya aparacaqlar. İki dəqiqə onun görüşünü kütlə ilə təşkil eləyib oxşadacaqlar. Heç nə olmayacaq, hamısı aldatma olacaq, ona görə də hansısa feyk xalanı hansısa administrasiyadan gətirəcəklər, real analar isə… Hər yerdə fırıldaq» – Feygin deyir.

Vəkil qeyd edib ki, Zelenski ön cəbhəyə gedib, Putin isə – sadəcə qorxaq adamdır.

«Zelenski əsgərlərin yanına gedir, onları təltif edir, Xersona gəlir, Xerson sakinləri onu qarşılayırlar, hansısa saxta adamlar yox, şəhərin real sakinləri. Putin bunu edə bilməz. O, qorxaq adamdır, birincisi, o, gerçəkdən çox kövrəkdir… İkincisi isə baxın: nəyi göstərsinlər? Mən artıq dəfələrlə demişəm, real Putin – 80 yaşlı solğun qocadır» – Feygin deyib.

Hüquq müdafiəçisi qeyd edib ki, əsl Putini rus əsgərlərinə göstərmək istəmirlər, çünki onlar səngərdə ölmək arzusunu itirərlər.

«Yumşaq desək, Putinlə görüşün effekti şübhəli olar. Xüsusilə də əgər onu qeyri-nüvə çemodanı ilə müşayiət etsələr» – vəkil əmindir.