Şəhid Cüməzadə Təbrizin dəyanətli atası İldırım bəy oğlunun döyūş yoldaşının ikinci il dönümündə təsirli sözlər söylədi.

17 noyabr 2022-ci il tarixində Ləkit kənd məzarlığında kənd camaatı  bir tarix boyu əbədi yaşayacaq Şəhidlərimizin müqəddəs ruhlarına böyük ehtiram hissi bəsləyən hər kəs bu məkanda, bu ziyarətgahda toplaşmışdı. Müqəddəs ocaqda həyatdan nakam getmiş,arzuları yarımçıq qalan Nur üzlü qəhrəman Şəhidimiz,44 günlük Vətən müharibəsində hərbi xidmət göstərən və Şuşa uğrunda gedən döyüşlərdə ən uca məqam olan Şəhidlik zirvəsinə ucalmış bir  İgid vətən oğlu,mərd,mübariz Azərbaycan övladı Məhərrəmov Şamo Mətləb oğlu uyuyur.Nur üzlü Şəhidimizin şəhadətə qovuşduğunun ikinci ildönümündə izdiham yaşandı.Qax Rayon İcra Aparatının rəhbərliyi və bu aparatın başqa nümayəndələri,rayon ictimaiyyəti,Qax rayon məktəblərinin,Ləkit kənd məktəbinin şagirdləri,Ləkit kənd körpələr evi uşaq bağçasının balaca fidanları,Ləkit, Zərnə kəndlərinin camaatı,Ləkit kənd icra nümayəndəliyinin və bələdiyyəsinin rəhbərliyi, “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin Sədri Dünyaxanım Əliyeva,sədr müavini şairə Səriyyə Dumanlı və digər başqa mötəbər qonaqlar iştirak edirdilər.

Şəhid ziyarətgahında diqqətimi cəlb edən ən mötəbər qonaqlar isə Şəhidimiz Şamo Məhərrəmovun döyüş dostu,nur üzlü Şəhid həmkarı Cüməzadə Təbrizin Dəyanətli Valideynləri İldırım ata və anası Ülviyyə ana idi.Sifətlərindən nur tökülən bu dəyanətli Şəhid valideynlərinin mərd duruşları,kövrək və kədərli baxışları yandırıb yaxdı .Bu vətən sevdalı,duyğusal həssas könlümü..Bu qəlbi övlad həsrəti ilə alışıb yanan Şəhid valideynləri olan İldırım Atayla Ülviyyə Ananın Şəhidimiz Şamo Məhərrəmovun və sevimli oğlu Şamonun vaxtsız gedişinə dözməyən atası Mətləb kişinin məzarlarına necə sarılaraq yana-yana ağlamağını görüb çox təsirləndim..Nur üzlü Şəhidimiz Şamonun qəlbi yaralı anası Aynur ananın da yanağından süzülən acı göz yaşlarını görmək çox dözülməz idi..
Şəhidimiz,Şuşa uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalan Təbriz Cüməzadənin Atası İldırım Atanın necə mərd,necə dəyanətli,necə mətanətli bir insan olduğunu çox eşitmişdim.Bildiyimə görə İldırım ata respublikamızın bir çox bölgələrində,İgid,nur üzlü Şəhidlərimizin doğum günlərində,ildönümlərində özü ilə bərabər gətirdiyi çəkiliş qrupu ilə işrirak edir.Şəhid atasının bu xeyirxah əməli Şəhidimizin müqəddəs ruhlarına edilən ən böyük diqqət və hörmət,şəhid ailələrinə verilən ən böyük dəyərdir desəm,əsla yanılmaram.
Dəyər verməyi bacaran İldırım atamız kimi, Ülviyyə anamız kimi dəyərli insanlar var olsun.
Şəhidlərimiz hər cür yüksək dəyərə  layiqdirlər.
Bütün Şəhidlərimizin məkanları cənnət olsun.Nur içində yatsınlar.
Şəhidlər ölməz,Vətən bölünməz!

Dərin ehtiramla,
“Dünya Ana və Uşaqlar” İctimai Birliyinin Qax Təşkilatının Sədri Solmaz Əfəndiyeva.

es