“Heç vaxt efir naminə özümü obrazlara salmıram. Həyat yoldaşımla 4 il bir-birimizi sevmişik, amma evləndik, cəmi bir il yaşadıq. Sonra məni burada qoyub Rusiyaya getdi, xəyanət etdi, orada başqası ilə evləndi”.
Bu sözləri “Space maqazin”ə açıqlamasında mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər deyib. Keçmiş həyat yoldaşının xəyanətinə uğrayan Ülkər bir gün onu bağışlaya biləcəyindən də danışıb:
“Dəfələrlə olub ki, həyat yoldaşım gəlib, mənimlə barışmaq istəyib. Elə sonuncu dəfə 3 il bundan qabaq gəlmişdi. Pandemiyadan öncə o mənimlə barışmaq istəyib. Bilirəm ki, o məni indi də istəyir. Getsə də, yenə də ürəyimdə onun yeri var. Nə vaxtdır, onu fikirləşirəm. Həyat yoldaşım olub da, bu da ondan irəli gəlir. İndi bir qələtdir də edib. Düşmənçiliyimiz yoxdur. Gəlsə, bəlkə də, nəsə olar”. //Sfera.az//