Dünyaxanım Əliyeva Biləsuvar rayonunda “Erkən nigahla” bağlı tədbirinə yaradılan maneələrdən danışdı. Kimdir günahkar?

Mən Dünya Ana və Uşaqlar İB-nin sədri Dünyaxanım Əliyeva təşkilatın bu il qrant müsabiqəsində “Erkən nikah” la bağlı qrant aldığım layihənin həyata keçirilməsində yaranan problemlə üzləşdiyim problemi bildirmək istəyirəm.
Verilən layihə çərçivəsində əsasən cənub bölgəsində bu tip problemin daha çox olması ilə bağlı tədbirlər Lerik ,Astara və Biləsuvar rayonlarında həyata keçirilməyi nəzərdə tutulmuşdur. Rayon İcra Hakimyyətinin müavinləriylə dəfələrlə əlaqə saxlayırdım,lakin Qht-lərə laqeyd münasibət bəsləndiyinin şahidi oldum.    Lerik və Astara rayonlarında tədbiri həyata keçirdim . Hər iki rayon üzrə aparılan ürək açan olmasa da tədbiri icra etdik. Lakin, Biləsuvar rayonunda keçiriləcək tədbirlə bağlı daha çox problem yaşadım.Tədbir Noyabr ayının 4-nə planlaşdırılsa da mən noyabr ayının 3-ü Biləsuvar rayonunun icra köməkçisi yanında bu işlərlə bağlı əlaqəli şəxsə zəng etdim ,  telefon zənginə cavab verilmədi .Dəfələrlə zəng etdikdən sonra icraçının “mən tədbirdəyəm” deməsi, bu işə məsulyyətsiz yanaşmasının bir daha sübutu idi.. Bir neçə saatdan sonra yenidən zəng etdim, mənə cavab verdi ki ,tədbirdəyəm zəng edəcəyəm. Bir neçə saat sonra yenidən xanıma zəng etdim . Cavabında : Heydər Əliyev Mərkəzin rəhbərliyi ilə müqavilə bağlamaq lazımdır – deyərək  yola verməsi məni hövsələdən çıxartdı. İcra başçısı yeni olduğuna görə araşdırdım , başçı haqqında xoş sözlər söylədilər.Ancaq  müavinlərin necə insanları incitdiklərini  söylədilər. Yüzbaşova Leman xanım   işini köməkçiyə tapşırıb,gələn qonaqları saymamağı məni çox narahat etdi.
Saat 6-7-də mənə dediyi sözlər isə bu oldu “biz yer verə bilmərik ,olan yer pulludur “.Öz işinə məsuliyyətsiz yanaşan , prezident aparatından göndərilən məktuba laqeyd yanaşan Biləsuvar rayonunun İcra başçısının müavini Yüzbaşova Ləman xanıma ar olsun. Bu qədər əhəmiyyətli bir tədbirin həyata keçirilməsinə şərait yaratmaq əvəzinə mane olmağa çalışdılar. Halbuki ,onlar məktub əsasında özləri mənimlə əlaqə  saxladılar və tədbirə hec bir dəstəy göstərmədilər.

Belə çıxır  icrada olan müavinlər və orada olan işçilər ancaq insanları yola verməklə məşğuldular.Qeyd edim ki layihənin baş tutmasında QHT rəhbəri Şəkər xanım köməyimizə çatdı və Biləsuvar Qadın Resurs Mərkəzinin kordinatoru cox hörmətli Natəvan Əzizovaya zəng edib, bizim tədbirin keçirilməsində köməklik etməsini xahiş etdi. Natəvan xanım çox yüksək səviyyədə bizə yardımçı oldu.Söhbət əsnasında Natavan xanım  söylədi ki, lahiyə cənub regionundan keçirilməsi təsadüfi deyildir. Belə ki, aparılmış rəsmi statistika və mətbuatda işıqlandırılan faktiki göstəricilər də cənub regionlarında erkən və qeyri-rəsmi nikahların daha çox rast gəlindiyi ərazi hesab olunur. Layihəni təqdim edən təşkilatın erkən nikahların törətdiyi hüquqi problemlər və tibbi fəsadlara yol aça bilir.Biləsuvar Qadın Resurs Mərkəzinin kordinatoru cox hörmətli Natəvan Əzizovaya və onun  kollektivinə,əziyyətimizi çəkdiklərinə görə təşəkkürümu bildirirəm.