Bu gün Səhiyyə televiziyasında hər zaman vətənpərvər bir xanım kimi tanıdığım Nuranə Gülərin təqdimatında Əlimi buraxma verlişinin qonağı oldum . Ekspert qismində ilk dəfə çıxış edirdim, doğrusu bir az çəkinirdim. Amma bu həyəcan cəmi bir neçə dəqiqə sürdü. Aparılan müzakirə o qədər maraqlı və doğma oldu ki məni öz axarına aldı .Ekspertlər
Nailə İsmayılova- Ailə Qadın, Uşaq konitəsi yanında İctinai Şuranın üzvü. Teymur Babayev – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü. Ayna Hamısıahyarqızı- ‘Xocalı Soyqırımı Tanıtma” İctimai Burliyinin qadınlar şurasının sədri.Dünyaxanım Əliyeva –
“Dūnya, Ana və Uşaqlar” İctimai Birliyinin sədri
və mən Leyla Mətin- Azərbaycan Yazıçılar Birliyinin üzvü olaraq verliş boyu fikirlərimizi söylədik.
Verlişdə müzakirə olunan məsələlər günümüzün ən aktual problemlərindən idi. Verlişdə məsələlərə ictimai yanaşmalarla bərabər hüquqi tərəfdən də mövqe nümayiş olundu. Bir sözlə bir problemin həlli üçün aparılan müzakirə ,verilən məsləhətlər ekran önündə əyləşən neçə- neçə insana bəlkə də ailəyə kömək oldu. Sonda ekspertlərlə xatirə şəkli çəkdirərək xoş təəssüratla ayrıldıq .
Verlişə dəvət etdiyinə görə dəyərli Yeganə xanıma dərin minnətdarlığımı bildirirəm. Eləcə də verlişin aparıcısı Nuranə xanıma , Səhiyyə televiziyasının rəhbərliyinə və Əlimi buraxma layihəsinin komanda heyətinə təşəkkür edir uğurlar diləyirəm.
Leyla Mətin Dunyaxeber.org