Xalq artisti Brilliant Dadaşova qonaq olduğu “YouTube”da yayımlanan “AStar” verilişində uzun illərdir düşmən kəsildiyi həmkarı Xalq artisti Faiq Ağayevdən söz açıb.
Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, verilişin aparıcısı Ülvira Qarayevanın ad çəkmədən (Faiq Ağayev – red.) sənətçiyə onlar arasınsa bu qalmaqalın nə vaxtsa bitəcəyi sualı ilə B.Dadaşovaya səslənib.
Brilliant isə sualı eşidər-eşitməz belə reaksiya verib:
“Sən ölmüş valideynlərini təhqir edən, söyüşlər söyən insanı bağışlayarsanmı? Əlini ürəyinə qoy de, bağışlayarsanmı? Onda mənə bu sualları vermə. O çıxdığı proqramlara heç vaxt çıxmıram. Hətta məndən bir ay əvvəl çıxsa belə, o verilişə getmərəm. Bu yaxınlarda Eldar Mansurovun yubileyi oldu, oraya mən getməyəcəkdim. Oranı mikrobdan təmizlədilər, sonra mən getdim”.