Xalq şair Ramiz Rövşənin Əmircan qəsəbəsi mədəniyyət evində oxucularla görüşü keçirilib

Xalq şairi Ramiz Rövşənin Əmircan qəsəbəsi mədəniyyət evində oxucularla görüşü keçirilib.

Bakı mədəniyyət baş idarəsinin “Qonağımız var ” layihəsinin növbəti qonağı xalq şairi Ramiz Rövşən olub. Görüş zamanı şair oxucuların suallarını cavablandırıb və oxucular müəllifin müxtəlif şeirlərini söyləyərək sevimli şairə sevgilərini bildiriblər.
Suraxanı icra başçısı Əziz Əzizov çıxışında müəllifin Qara paltarlı qadın şeirilə bütün kişilərə bu şeiri dinləyin deyə səslənib.
Bakı mədəniyyət baş idarəsinin sədri İbrahim Əliyev də çıxış edib. Sonda Yazıçılar birliyinin sədr müavini, əməkdar incəsənət xadimi Rəşad Məcid çıxış edərək şairin şeirini səsləndirib. Tədbir oxucuların gurultulu alqışı ilə sonlanıb.
Leyla Mətin Dunyaxeber.org