Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayev Fransadan Azərbaycana meydan oxuyur. hazırda Fransada yaşayan Elşad Abdullayev Azərbaycandakı dəstəkçiləri sayəsində törətdikləri əməllərin cəzasını çəkmir. Cəzasız qalması azmış kimi, Elşad Abdullayev ABU-nun Moskva filialını satmaq istəyir. O, ABU-nun Moskva filialını satmaq üçün uyğun müştəri də tapıb. Lakin bundan xəbər tutan azərbaycanlı iş adamları məsələ ilə bağlı rəsmi Bakı və Moskvaya müraciət etdikdən sonra onun bu niyyəti baş tutmayıb. Fəaliyyəti dayandırılmış ABU-nun Moskva filialının yerləşdiyi ərazinin ümumi sahəsi bir hektardan çoxdur, tədris korpusunun sahəsi isə 15 sotdur. Bundan əlavə, ABU-nun Moskva filialının yaxınlığında yataqxanası da mövcutdur. Sözügedən filial 2007-ci ildən 2010-cu ilə qədər kaçmiş təhsil naziri Misir Mərdonovun rəsmi məktubu əsasında yaradılıb və filialın yerləşdiyi ərazi Elşad Abdullayevin adına rəsmiləşdirilib. Əldə etdiyimiz məlumata görə, ABU-nun Moskva filialının inşası təqribən 10 milyon dollara başa gəlib. Rusiyada təhsil ocağı tikmək üçün deklarasiya tələb edildiyini nəzərə alsaq, binanın Elşad Abdullayevin şəxsi vəsaiti hesabına tikilməsi mümkün deyil. Burdan belə nəticəyə gəlmək olar ki, Elşad Abdullayev müvafiq deklarasiyanı doldurarkən 3 il ərzində xərclənən pulu Təhsil Nazirliyinin vəsaiti kimi təqdim edib. Elşad Abdullayevin bu işdə sabiq təhsil naziri Misir Mərdanovla əlbir olduğu deyilir. ABU-nun Moskva filialının satışa çıxarılacağını eşidəndə, azərbaycanlı iş adamları Rusiyanın rəsmi orqanlarına məktub ünvanlayıblar. Cavabında isə xəbərdarlıq edilib ki, Azərbaycan dövləti ya gəlib filiala sahib çıxsın, ya da bina söküləcək. Fransada yaşayan və haqqında “Interpol”un “qırmızı bülleten”ində axşatırışda olduğu deyilən Elşad Abdullayev özü bir neçə dəfə sosial şəbəkədə bildirib ki, Franada, “Interpol”un ofisinin yaxınlığında yaşayır və həmin qurumun nümayəndələri ilə görüşür də. Əldə olunan məlumata görə, xaricdən Azərbaycan hökumətinin əleyhinə söyüş kampaniyasının əsas dəstəkçilərindən biri məhz Elşad Abdullayevdir. O, xaricdə yaşayan azərbaycanlı bloqerləri pul qarşılığında istədiyi şəxsləri söydürür. Xatırladaq ki, 2007-ci ildə Elşad Abdullayev barəsində Azərbaycan Respublikası Cinyət Məcəlləsinin 137.3-cü maddəsi cinayət işi açılıb. Buna baxmayaraq, o, müəmmalı şəkildə ölkəni tərk edə bilib. 14 ildir, barəsində cinayət işi açılan şəxsin hələ də ölkəyə gətirilməməsi isə ciddi sual doğurur. Bütün bunların qarşılığında hansısa bir əl Elşad Abdullayevin Azərbaycana gətirilməsini əngəlləyir. Barəsində cinayət işi açılmış şəxs, ciddi şəkildə himayə edildiyi üçün ürəklənərək, xaricdən Azərbaycan əleyhinə istədiyi kimi çıxışlar edir, müxtəlif bəyanatlar verir. Elşad Abdullayev dövlətin də, ABU-da təhsil alan tələbələrin də pulunu mənimsəyib. Özünə və övladlarına varidat yığaraq xaricə yaşayır. Yaşamaqla da qalmır, Azərbaycana qarşı olmazın hədyanlarını yağdırır. Bundan əlavə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək axtarış elan olunmaqla yaxalanması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilən Elşad Abdullayevin yaşadığı yer bəlli olsa da, bu yöndə heç bir təsirli addım atılmır. Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2014-cü il iyunun 25-də Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma), 311.3.2, 311.3.3 və 29,312.2 (rüşvət vermə) maddələri ilə təqsirləndirilən şəxs qismində Elşad Abdullayevin istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib