“Orenburqda hakim dairələrlə əlaqələr qurmağa çalışıram”

Orenburq Azətbaycanlılarının Milli Konqresi (OAMK) 2005-ci ilin mart ayında yaradılıb. İlk rəhbəri Ələddin Məmmədov olub. 2018-ci il may ayının 31-də Ələddin Məmmədov qəfldən vəfat etdikdən sonra Orenburq ictimaiyyəti tərəfindən yekdilliklə adı çəkilən qurumun rəhbəri İlkin Kərimov seçililib.

Xatırladaq ki, Orenburq Azərbaycanlıları Milli Konqresinin sədri İlkin Kərimov 24.06.1970-ci ildə Quba rayonunun Rustov sovetliyinin Püstəqasım kəndində anadan olub. 1977-ci ildə Sumqayıt şəhər 3 nömrəli orta məktəbinin 1-ci sinfinə gedib. 198-ci ildən orta təhsilimi doğulduğu kənddə davam edib, 1987-ci ildə Püstəqasım kənd orta məktəbini əla qiymətlərlə bitirib.
Həmən il Rusiya Federasiyasının Orenburq şəhərinə köçüb. 1987-ci ildə Orenburq şəhər 48 nömrəli t
Texniki peşə məktəbinə daxil olub, 1988- ci ildə oranı bitirdikdən sonra Plexanov adına Moskva Dövlət Xalq Təsərrüfatı İnstitutunun Orenburq filialına daxil olub.
1988-1990-cı illərdə sovet ordusu sıralarında xidmətdən sonra təhsilini davam etdirib və 1996-cı ildə qeyd olunan təhsil ocağını bitirib. 2003-cü ildə Orenburq Dövlət Universitetinin Hüqüq fakültəsinə daxil olub və 2006-cı ildə oranı bitirib. Hazırda sahibkardır.
2008-ci ildə Həcc ziyarətində olub.
Evlidir, iki övladı var.
İlkin Kərimov deyib ki, müavini Rovşən Səfərov və komandası ilə çox işlər görüblər: “Əvvəllər ancaq iş adamı kimi müəyyən işlər görmüşük. Rəhmətlik Ələddin müəllimin daima yanında olmuşuq. Bu müddət ərzində Azərbaycanın millli bayramları, tarixi, faciəvi günləri ilə bağlı bir çox tədbirlər təşkil etmişik. Tədbirlərimizə ermənilərdən başqa bütün diaspor rəhbərlərini dəvət eləmişik. Əsas məqsədimiz yaşadığımız faciələri yaşadığımız yerdəki qeyri-azərbaycanlıların diqqətinə çatdırmaq olub. Buradakı hakim dairələrlə əlaqələr qurmağa çalışmışam”.
İlkin Kərimov planlarından da danışıb: “Böyük planlarımız var və ən böyük planımız da Orenburqda milli evimizin inşa olunmasıdır. Təəssüflə qeyd edim ki, indiyə qədər Orenburqda Azərbaycan evi yoxdur. Diaspora rəhbəri olandan bəri çalışıram ki, bu evi inşa etmək üçün torpaq ala bilək və artıq bu məsələ final mərhələsinə yaxınlaşır. Torpaq məsələsi həll olunandan sonra burada qız qalasının bir qədər kiçildilmiş formasında Azərbaycan evi tikməyi planlaşdırırıq. Azərbaycan evi dörd mərtəbədən ibarət olmalıdır, birinci mərtəbəsində giriş və muzey, ikinci mərtəbəsində gənclərimiz üçün dərnəklər, üçüncü mərtəbədə milli rəqslərimizin öyrədilməsi üçün zal, dördüncü mərtəbədə isə Heydər Əliyev muzeyi yerləşəcək. Kompleksin qarşısında da böyük bir park salmaq fikrimiz var”.