Tarixdə bir ilk: ABŞ Avropaya qaz tədarükündə Rusiyanı qabaqladı

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin beşinci ayında ABŞ tarixdə ilk dəfə olaraq Avropaya Rusiyadan daha çox qaz tədarük edib.

Rekord tədarük 2022-ci ilin iyununda qeydə alınıb.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol “Twitter” səhifəsində bildirib.

“Rusiyanın Avropa İttifaqında (Aİ) təbii qaz həcmlərini kəskin şəkildə azaltması o deməkdir ki, bu, tarixdə ilk aydır ki, Aİ boru kəmərləri vasitəsilə Rusiyadan daha çox ABŞ-dan LNG şəklində qaz idxal edir”, – deyə Birol bildirib.

Source link