Təbii fəlakət Fransada konsert meydançasını yerlə bir etdi: Yaralananlar var – FOTO/VİDEO



Fransanın Elzas regionunda təbii fəlakət ölkənin ən böyük rok festivallarından biri olan “Eurockéennes”in və “Kiss”in vida konsertinin təxirə düşməsinə səbəb olub.

“Eurockéennes” pandemiya səbəbindən iki illik fasilədən sonra ilk dəfə keçirilməli idi, lakin şiddətli tufan planları pozub. Minlərlə tamaşaçı əraziyə toplandıqdan sonra qəfildən fırtına başlayıb. Təbii fəlakət konstruksiyaların aşması ilə nəticələnib. Hadisə nəticəsində yeddi nəfər xəsarət alıb, onlardan birində çoxsaylı sınıqlar var.

“Kiss”in konserti də səhnənin çox islanması səbəbindən son anda ləğv edilib.

Mənbə: “L`Independant”



Source link