Aqşin Fatehin obyektində dava düşdü, xəsarət aldı – VİDEO

Meyxanaçı Aqşin Fateh ötən axşam canlı efirini yarımçıq tərk edib.

ARB TV-də yayımlanan “Həmin Zaur” verilişində qonaq olan Aqşinin efiri tərk etməsinə səbəb əlinin ağrıması olub.

Verilişə əlisarıqlı gələn ifaçı başına gələn hadisəni belə şərh edib:

“Bu yaxınlarda bizim məkanda ara qarışmışdı. Mən dava etməmişəm. Dava edənləri aralayanda əlim birinin boğazına keçdi. Barmaq yerindən çıxdı. Sınıqçı bir saat üstündə əlləşdi”.

Verilişdə qonaq olan digər ifaçı Şəbnəm Tovuzlu isə həmkarı ilə səhər proqramında qonaq olarkən əlinin şiş olduğunu deyib.

Ətraflı süjetdə:

Source link