YURDUMDA TORPAĞIMDA HQQIMIZIN DAVASI

Alı Həsənlinin arzusu Şuşaya bayraq sancmaq olmuşdur

Şəhidlik ən uca müqəddəs bir zirvə, ən ali məqamdır. Bu zirvəyə və məqamə hər kəs yetişə bilmir. Lakin şəhidlik zirvəsinə ucalanlar isə tarixə qovuşaraq, tarixdə qalırlar. Şəhidlik zirvəsinə ucalaraq tarixə qovuşub xatirələrdə və könüllərdə əbədi yaşayanlardan biri də, barəsində bəhs edəcəyim şəhid Alı Nofəl oğlu Həsənli haqqındadır.

Alı Nofəl oğlu Həsənli 22 İyun1995-ci ildə Bakı şəhərində anadan olub. Ata-anası və 2 bacısı ilə birlikdə yaşayan Alıgilin ailəsi 5 nəfərdən ibarət olub. Evin tək oğul övladı olan Alı 1sentyabr 2001-ci ildə Bakı şəhəri, Nizami rayonu, Şəhid Milli Qəhrəman Ərəstun Mahmudov adına 220-saylı məktəb-liseyin1-ci sinifinə qəbul olub və 2012-ci ildə həmin məktəbin11-ci sinfini bitirib. 2012-ci ildə TQDK-nın keçirdiyi qəbul imtanında iştirak edən Alı, 430 bal toplayaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Geofizika Mühəndisliyi” fakültəsinə qəbul olub və 2016-cı ildə həmin ixtisas üzrə ali təhsilini başa vurub. Alı Həsənli 2016-cı ilin-20 iyul tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə yollanmış, Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə radio telefonçu ixtisası üzrə hərbi xidmət keçmişdir. 2017-ci ilin iyul ayının 4-də hərbi xidməti tam başa vuraraq ordudan təxris olunib. Universiteti və həqiqi hərbi xidməti başa vurduqdan sonra bir sıra müəssisələrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. 2018-ci ilin dekabr ayından etibarən SOCAR Təhlükəsizlik İdarəsində təhlükəsizlik əməkdaşı kimi çalışıb. 2020-ci ilin 21-sentyabr tarixində SHXÇDK-nin Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələri sıralarına yenidən çağırılmışdır. Ailəsinin yeganə oğlu olan Alı Nofəl oğlu Həsənli 21.09.2020-ci ildə könüllü olaraq işdə olan vaxtı telefonunu söndürərək, ailəsindən xəbərsiz təlimlərə qatılmışdır. Təlimlərdə N saylı hərbi hissənin 3-cü taborunda “Rabitəçi” kimi qulluq edib. 27 Sentyabr -2020-ci il tarixində Azərbaycan Respublikasının erməni təcavüzkarlarına qarşı başladığı əks hücum əməliyyatı “Vətən Müharibəsi”ndə iştirak etmişdir. Həmin gündən Alının döyüş yolu Füzuli rayonunun azad olunması uğrunda başlamışdır. Düşmənin çoxlu canlı qüvvəsini məhv edərək xeyli sayda ağır texnikasını, silah-sursatlarını qənimət kimi əldə etmişdilər. Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonlarının azadlığı uğrunda digər silahdaşları kimi o, da mübarizə aparmışdır. Hamının arzusu kimi Şuşanın azad olunmasını və zəfər bayramını görmək onun da arzusu idi. Lakin bu bayramı görmək ona qismət olmadı. Oktyabr ayının 20-si axşam saatlarında düşmənin 022 saylı desant qrupunun pusqusuna düşərək həmin döyüşdə qəhrəmancasına döyüşərək şəhid olmuşdur.

Döyüş yoldaşlarının dediyinə görə, həmən günü 35-şəhid, 40-dan çox yaralı olub. Həmin taborun döyüş fədakarlığı Respublika da bəllidir.

Alı Nofəl oğlu Həsənli
Xatirəsinə
Cavab tapa bilmirəm
İmkan vermədi fələk üzüm gülsün,
Balam xoş günlərin xoşbəxti olsun.
Gözümün işığı o, birdənəydi,
Alı istəkliydi,şirin tikəydi.
///
O mənə edirdi hər kəsi əvəz,
Onsuz bu dünya da mənə dar qəfəs.
Boğuluram sanki, almıram nəfəs.
Hamısıahım səbr ver, səbrim tükəndi.
///
Ağlımda o qədər suallar var ki,
Özümdə cavabın tapa bilmirəm.
Hamısıah özü üçün böyütmüş sanki,
O, qüsursuz insan, mükəmməl idi .
///
Görüşmədi bizimlə, işdən getdi,
Qanadlanıb uçurdu çox sevinirdi,
Qarabağı alacağıq deyirdi.
Haqq davamız olduğunu bilirdi.
///
Döyüşdə olduğun qəti bilmədim
Zəng etdi son dəfə səsin eşitdim.
Saatlarla danışardım bilsəydim
Alı dərdin demirdi, bildirmirdi.
///
Cəbrayılın Gecəgözdü kəndində,
Sübh namazı çəkilən vaxt ərzində.
Dostlarla qalır o mühasirədə
O mənfur düşmənlər hiylə eylədi.
///
Onlar tələ qurub hədlərin aşıb,
Üç rəngli bayrağı göyə qaldırıb.
Aldanıb tələyə düşüblər orda,
Şəhidlik şərbətin içirlər onda.
///
Bəs edərdi düşmənin ordusuna,
Dönmüşdü ildırım alovlarına.
Alı sanki, alınmaz bir qalaydı,
Cəsarətli cüssəli əjdahaydı.
///
Alı o qədər safdır,sadə təmizkar,
Könüllü getmişdi o bir xilaskar.
Cəbhədə rabitə işin bacarır,
Şəhid dostlarını neytraldan çıxarır.
///
Oğul yoxluğuna barışa bilmirəm,
İçimdə çəkirəm dərdi,demirəm.
Alı taytuşundan yaman seçildi,
Dumana buluda dönmüşəm indi.
///
Ürəyimin şah damarı kəsildi,
Bu olanlar, nəfəsimi kəsibdi.
Sənin bu yoxluğun mənə qənimidir,
Düşmənə nifrətim, sonsuz kəsgindir.
SEVDA İBRAHİMLİ
27/05/2022

Şəhid Alı Həsənlinin atası Nohəl müəllimin könlünün səssiz fəryadına ithaf edirəm
Dərdinin dərmanı
Bir ata tanıdım məğrur, dözümlü,
Ovuda bilmədim onun, könlünü.
Bitirə bilmədim o son sözümü,
Soruşdum mən ondan ata, necəsən?
///
“Gündüzü olmayan günəşi sönmüş.
Yaşayan ölüyəm dünyadan köçmüş.
Elə bil tanrının üzündə dönmüş.
Sanki bir gecəyəm qara bürünmüş ”
….
Bir ağır yük alıb çiyinlərinə,
Yer tapa bilməyir ata özünə.
Söz deyə bilmədi,kövrək qəlbinə,
Köksündə sızlayan oğul dərdinə,

Hiss etdim qəlbinin yanğı odunu,
Ürəyi kövrəlmiş sözlə doluydu
Ürək hökm eylədi dedi ki,gözlə.
Atanı dinlədim məndə, diqqətlə.
Könlünün harayı, əsla bitmədi,
Sanki uca göydən imdad istədi,
Danışmaq istədi oğlu Alıdan
Gözünə pay aldı qəm karvanından
Nə dərdi bitəndi,nə sözün sonu,
Danışdı dinlədim yenidən onu.
///
-Dünyada yaşayan sanki ölüyəm,
dərmanım Alıdı mən xəstəsiyəm.
Dərdimin dərmanın çağırın gəlsin,
Yaramın üstünə məlhəmin çəksin.
////
İtirdim mən Alı adlı balamı,
Cəbrayılda ölüb şəhid qalanı.
Qayıtmayıb,qaytardılar torpağı.
Xarıbülbül vətəni Qarabağı.
///
Yurdumuzda torpağın haqq davası
Könlümüzdə açdı oğul yarası.
Ay ulduzlu gözəl parlaq sancağı,
Sərdik üzərinə deyərək ağı
Məzarın üstünün o bəzəyidir.
Şəhidlik zirvəndə o əbədidir.
SEVDA İBRAHİMLİ
29/05/2022/Bakı