“Qazilərə 40 manat qıymırlar, deputatlar nə önəmli insan olublar ki?” – Partiya sədrindən maaş artımına REAKSİYA

“44 günlük müharibədə canını qoyub qazi adı alan insanlara 40-50 manat pul qıymırlarsa, deputatların maaşı niyə artmalıdır ki?”.

Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatlarının maaşlarının artması ilə bağlı məsələyə münasibət bildirərkən  Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib. O, millət vəkillərinin insanları qıcıq etdiyini deyib:

“Deputatlar qazilərdən daha önəmlidir? Onların hamısının xaricdə, eləcə də ölkədə varidatları var. Xalqın qayğısına qalmaq lazımdır. Müəllimlərin, həkimlərin əməkhaqları artırılmalıdır. Ölkədə işsizlik baş alıb gedir. Pensiyanı 5-10 manat artırmaqla vəziyyəti düzəltmək olmur, qiymətlər günü-gündən qalxır. Milli Məclisin xalqdan xəbəri olmadığı üçün belə yollara əl atır. Bu cür addımların atılması ilə millətin hissiyatı ilə oynayırlar, xalqı qıcıqlandırırlar. Bu qərarın axırı yaxşı olmayacaq”.

Partiya sədri millət vəkillərinin bizneslə məşğul olduğunu qeyd edib: