DTX-nın həbs etdiyi şəxslərdən biri generaldır

AzPolitika.info”nun məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bu gün keçirdiyi əməliyyat nəticəsində saxlanılanlardan birinin Dövlət  Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilov olduğu bildirilir. 

Qeyd edək ki, Ehtiram Xəlilov daha əvvəl Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifəsində çalışıb. Ondan əvvəl isə Sumqayıt gömrüyünə rəhbərlik edib.