Orxan Rəhimlinin Cənnətdəki ilk doğum günü qeyd olundu

Dünyaxeber.org xəbər verir ki,Orxan Rəhimlinin Cənnətdəki ilk doğum günü ilə bağlı bu gün səhər saatlarında Sumqayıt şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzülüb, Şəhidin ruhuna dualar edilib.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Şəhid ailələri, Qazilər, müəllimlər, məktəblilər, Qubadlı rayon və Sumqayıt şəhər icra hakimiyyətlərinin məsul nümayəndələri və digər şəxslər iştirak ediblər.

Ziyarətdən sonra Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət evində Şəhidin Cənnətdəki ilk doğum günü ilə bağlı mərasim keçirilib.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra çıxışlar edilib, məktəblilər tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib, kompozisiya nümayiş etdirilib.

Qeyd edək ki, ötən ilin iyun ayının 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.
O, Füzulinin, Cəbrayılın, Zəngilanın, Hadrutun azad olunması uğrunda döyüşüb.
Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Orxan həm də ailəli, iki övlad atası olub.
Şəhidimizə Hamısıahdan rəhmət ,ailəsinə səbir diləyirik. Ruhu şad olsun.

Dünyaxeber.org Leyla Mətin