Bakıdakı qəzada iki 10 yaşlı uşaq xəsarət alıb

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 2012-ci il təvəllüdlü Qasımov Murad İntiqam oğlu və onun həmyaşıdı olan Zeynalova Ülkər Şamil qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Source link