Qarabağda 1 tondan çox çətənə kolu yandırıldı – FOTO

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, tədbir zamanı işğaldan azad edilmiş Böyük Tağlar kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 1 tondan artıq olan 2 436 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Source link