Avropa çempionatında ölkəmizi təmsil edən idmançılarımız medal sayına görə birinci yeri tutub

İyun ayının 4-5 -i Yunanıstanın Heraklion şəhərində cüdo idman növü üzrə keçirilən Avropa çempionatında ölkəmizi təmsil edən idmançılarımız medal sayına görə birinci yeri tutub . Komanda şəklində 19 medalla döndüklərini bildirən cüdoist Vüqar Akif oğlu Babayev 66 kq çəki dərəcəsində gümüş medalla ölkəmizə qayıdıb.
Ümumi komandanın nəticələri ;Babayev Vuqar 66kq, Babayev Nadir 73 kq, Məmmədov Məmməd 81kq, İsmayılov Samir 90 kq, Ələkbərov İntiqam 100 kq çəki dərəcəsində ölkəmizi təmsil edib və bürünc medal qazanıblar.
Dünyaxeber saytı olaraq nailiyyətlərinə görə idmançılarımızı təbrik edir, yeni uğurlar arzulayırıq.

Dünyaxeber.org Leyla Mətin.