Dünya şöhrətli yazıçımız Çingiz Abdullayev gənc yazarlar və oxucuları ilə görüş keçirdi

Bu gün dünya şöhrətli yazıçımız Çingiz Abdullayev gənc yazarlar və oxucuları ilə görüş keçirdi.
Görüş ümumilikdə çox maraqlı keçdi. Görüşdən müəyyən məqamları bölüşmək istəyirəm
Bu görüşdən bir daha əmin oldum ki ,insan hansı yaşda olursa olsun uğur və nailiyyətlərini ilk olaraq valideynləri ilə bölüşmək istəyir. Gənclərə çox həssaslıqla həyatdaykın ata-analarınızı sevin ,dəyərlərini bilin deyən yazıçı gənclərə ata-ana ,ailə cəmiyyətlə bağlı önəmli tövsiyələr verdi.Valideynlər dünyadan köçəndən sonra uşaq daha olmursan,nə qədər həyatdadılar uşaqsınız. Sevginizi onlardan əsirgəməyin.
Il Vətən müharibəsində oğulların igidliyindən ,sücaətindən söz açdı və gəncliyin vətənpərvərlik ruhunda böyüməsində anaların və müəllimlərin rolunun böyük olduğunu xüsusilə vurğuladı. Hər zaman dediyi kimi ağıl və düşüncənin ovladlara anadan keçdiyini diqqətə çatdırdı və zalda əyləşən gənc oğlanlara ailə qurarkən ağıllı qadın seçmələrini önərdi. Yazarlara özgüvənli və yaxşı yazdığınızdan əmin deyilsinizsə yazmamağı tövsiyə etdi. Sonra oxucular yazıçıya suallar ünvanladılar. Sonda isə yazıçı görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi.
Yazıb yaratmağa sevginiz heç zaman tükənməsin Chingiz müəllim .
Dunyaxeber.org Leyla Mətin