Tayson Fyuri taksini təpiklədi – VİDEO

Britaniyalı boksçu Tayson Fyuri Fransanın Kann şəhərində problem yaşayıb.

Sosial şəbəkələrdə sərxoş vəziyyətdə olan idmançının taksi maşınına təpik vurduğu video yayılıb.

Videoda boksçunun atasının Fyurini maşına oturtmağa çalışdığı əks olunub. Lakin taksi sürücüsü, görünür, belə vəziyyətdə sərnişini daşımaqdan imtina edib.

Buna cavab olaraq Tayson maşını təpikləyib.

Xatırladaq ki, aprelin 24-də boks üzrə ağır çəkidə dünya çempionu olan Fyuri Londondakı “Uembli” stadionunda keçirilən qarşılaşmada həmyerlisi Dillian Uayti məğlub edib. Bu döyüşdən sonra o, idman karyerasını başa vurduğunu açıqlayıb.

Qeyd edək ki, 33 yaşlı Fyuri peşəkar karyerasında keçirdiyi 33 döyüşdən 32-də qalib gəlib və ardıcıl ikinci dəfə WBC titulunu uğurla qoruyub. O, daha bir döyüşü heç-heçə başa vurub.

Mənbə: lenta.ru

Source link